TÖVSİYƏ XƏBƏRLƏR

Sumqayıtda qaynana gəlininin ölümünə dözməyərək ürəyi partlayıb

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb. Bu barədə Report 27 oktyabr tarixində xəbər verib.

Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.

41 yaşlı Nuranə Məmmədova yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib.

Onunla eyni ünvanda yaşayan qayınanası, 71 yaşlı Gülnaz Məmmədova gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.