TÖVSİYƏ XƏBƏRLƏR

Sumqayıtda tikilən zavodda fəhlə hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı fəhlə Güloğlan Allahverdiyev hündürlükdən yıxılaraq ölüb. Bu barədə 23 sentyabr tarixində Report məlumat verib.

Məlumata əsasən, sentyabrın 22-si 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, o, sentyabrın 16-da fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx