Sumqayıtdakı restoranda mənşəyi məlum olmayan məhsullar aşkar olunub. Bu barədə İnsanoid Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən bu gün, 24 fevral tarixində məlumat verir.
Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mkr., Niyazi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus olan “Zəngəzur” restoranında planlı yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi, həmçinin son istifadə müddəti bitmiş, üzərində markalanması aparılmayan və mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Məndə elə bildim pürrəngi kafedi🤣🤣🤣
Pisdir
Düzü bütün şadlıq evi və restoralar… Hamısı bundan da betərdir!
Haramzadələr
Mamedin oturfugu pivenoy bundan artiq olmucey ki ))))