TÖVSİYƏ XƏBƏRLƏR

Sumqayıtdakı silahlı hücum zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.

Onlardan 38 yaşlı Türkiyə vətəndaşı Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

63 yaşlı Tərlan Fərəcova, 65 yaşlı Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

33 yaşlı Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.