TÖVSİYƏ XƏBƏRLƏR

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov cəzalandırılıb

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov cəzalandırılıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 16 noyabr tarixində xəbər verir.

AFFA-nın İntizam Komitəsinin bu qərarı verməsinə Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra baş verənlər səbəb olub. Abasov qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb.

O, sentyabrın 19-da təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza da qüvvəyə minib. O, bu cəza da əvvəlkinin üzərinə əlavə edilməklə ümumilikdə 3 oyun diskvalifikasiya edilib. “Sumqayıt” isə 1000 manat cərimə edilib.