TÖVSİYƏ XƏBƏRLƏR

Suraxanıda əməliyyat: narkotik satışı ilə məşğul olan 40 nəfər saxlanılıb

DİN-in məlumatına əsasən, sentyabrın 14-də Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Nəticədə rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə, Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotikin satışı ilə məşğul olan 40 nəfər saxlanılıb.

Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan iki qardaş saxlanılıb. Onlardan 1 kiloqraram 21 qram heroin aşkar edilib.

Hövsan qəsəbəsində əvvəllər dəfələrlə məhkum edilmiş şəxs saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 600 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar edilib. Digər 13 nəfərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Yeni Günəşli qəsəbəsində isə 7 nəfər saxlanılıb. Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bu ilin avqust ayının 1-dən sentyabrın 1-dək 7 kq tiryək, 180 kq marixuana, 155 kq heroin, 4 ton çətənə kolu dövriyyədən çıxarılıb.