Bakının Suraxanı rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. Bu barədə 24 yanvar tarixində Report məlumat verib.
2016-cı il təvəllüdlü Y. Nəcəfli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.