TÖVSİYƏ XƏBƏRLƏR

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötüb

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü keçib. Bu barədə 7 fevral tarixində Report xarici KİV-yə istinadən məlumat verib.

Hadisə nəticəsində 1 602 nəfər ölüb, 3 649 nəfər yaralanıb və 175 bina uçub.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Məlumata əsasən, ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx