TÖVSİYƏ XƏBƏRLƏR

Sürücüyə qarşı quldurluq edərək 15 min manat oğurlayan şəxs saxlanılıb

Bakıda quldurluq əməlini törədən şəxs tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 16 may tarixində xəbər verir.

Mayın 15-i saat 07:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sürücünün başına yumruqla vuraraq saxlanc yerindəki 15 manat pulunu götürməkdə və düşərək avtomobilə də ziyan vurmaqda şübhəli bilinən sərnişin, paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan Əsgərov müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx