Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktorun minaya düşməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə 22 sentyabr tarixində Baş Prokurorluq məlumat yayıb.
Sentyabrın 22-də saat 12:00 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 58 yaşlı mülki şəxsin rayonun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
***
14:31
Bu gün Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Bu barədə 22 sentyabr tarixində Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat verib.
Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 58 yaşlı mülki şəxs idarə etdiyi traktorla minaya düşüb.
“Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyati təhlükəsi yoxdur.
Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür”, – məlumatda qeyd olunub.