Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Kütləvi məzarlıq Şuşa türməsinin ərazisində aşkar olunub. İlkin məlumata görə, qalıqların ən azı 4 nəfərə aid olduğu ehtimal edilir.
Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib:
“İndiyədək aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insana aid meyit qalıqları tapılıb”.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kütləvi məzarlıqla bağlı Bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiq etmiş oldu.”