TÖVSİYƏ XƏBƏRLƏR

Şuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub. Bu barədə 9 may tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5 400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edilib ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5 745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Sonra dövlətimizin başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoyub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx