“Zəfər yolu”nun 2021-ci ilin sentyabrın axırı-oktyabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 avqust tarixində məlumat verib.
Məlumata əsasən, yol Füzuli rayonun Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.
Sözügedən yol 2 hərəkət zolağından ibarət olacaq və uzunluğu 101.9 kilometr təşkil edəcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.