TÖVSİYƏ XƏBƏRLƏR

Şüvəlanda itkin düşmüş qadın axtarılır

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

“Onun əlamətləri belədir: Boyu təxminən 156 sm., arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var.

Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56 ; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”. – məlumatda bildirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx