TÖVSİYƏ XƏBƏRLƏR

TƏBİB sədrinin vəzifələrini müvəqqəti icra edən şəxs təyin edilib

TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. Bu barədə sentyabrın 13-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Vüqar Qurbanov hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

Daha öncə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.