TƏBİB yeni təbliğat kampaniyasına başlayıb

Sentyabrın 22-dən TƏBİB “Birimiz hamımız üçün peyvənd olunaq” şüarı altında yeni təbliğat kampaniyasına başlayıb.

Kampaniya çərçivəsində hazırlanan video peyvəndlənmə qərarının şəxsi deyil, ictimai olduğunu nümayiş etdirir.

Daha öncə təbliğat kampaniyası “Peyvənd olunaq – darıxdığımız həyatı qaytaraq” şüarı altında aparılıb.

Azərbaycanda bu günə qədər 3 406 844 nəfər peyvəndin hər iki dozasını vurdurub. Nəticədə əvvəllər bağlanılan işlərin çoxu yenidən öncəki iş cədvəlinə dönüb və təhsil müəssisələri açılıb.

Video: YouTube Baku Media Center

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “TƏBİB yeni təbliğat kampaniyasına başlayıb”

Tövsiyə xəbərlər