Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, infeksionistlər və terapevtlər tələb olunur. Bu barədə 31 avqust tarixində Səhiyyə Nazirliyinin saytında elan verilib.
Vakansiya ilə maraqlanan şəxslər [email protected] elektron ünvana ərizə göndərə bilərlər.
Meraciət edənlərdən ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsi, diplom, internatura vəsiqəsi, sertifikat, əmək kitabçası tələb olunur.