Təhsil nazirinin müavini: 400-ə yaxın məktəbin təmirə ehtiyacı var

Azərbaycanda 400-ə yaxın məktəbi təmir və yenidənqurma işləri gözləyir. Bunu sentyabrın 15-də təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, bu məktəblərin əksəriyyəti rayonlarda və kəndlərdə yerləşir. Həmin məktəblər Sovet İttifaqı dövründən miras qalan və yararsız binalarda fəaliyyət göstərən məktəblərdir.

“Xüsusi investisiya proqramına uyğun olaraq ölkəmizin bütün məktəbləri əsaslı təmir olunacaq və yeniləri tikiləcək. Ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir”, – deyə Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, son 15 ildə 4400 məktəbdən 3500-dən çoxu yenidən qurulub və əsaslı təmir olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Təhsil nazirinin müavini: 400-ə yaxın məktəbin təmirə ehtiyacı var”

Tövsiyə xəbərlər