Təhsil Nazirliyi: sabahdan ibtidai siniflərdə yeni dərs ili başlayır

Sentyabrın 22-də Azərbaycanda orta məktəblərin ibtidai siniflərində yeni dərs ili başlayır. Bu haqda Təhsil Nazirliyi məlumat verib.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə isə tədris sentyabrın 29-dan əyani olaraq həyata keçiriləcək.

Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin orta və tam orta təhsil səviyyələri üzrə payız tətili günlərindən 16-19 noyabr, qış tətilindən isə 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Təhsil Nazirliyi: sabahdan ibtidai siniflərdə yeni dərs ili başlayır”

Tövsiyə xəbərlər