Tələbələr akademik borcları onlayn ödəyə biləcəklər

Ali təhsil müəssisələrində təhsil haqqını onlayn şəkildə ödəmək mümkün olacaq. Bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abışov 16 sentyabr tarixində deyib.

“Tələbələr onlayn şəkildə invoys nömrəsi alırlar. Burada həm tələbənin təhsil aldığı ali məktəb, həm də təhsil haqqı borcu barədə məlumat olacaq. Onlayn kartla müvafiq invoys nömrəsi ilə bank və “Milli ön” vasitəsilə ödəniş mümkündür. Təhsil haqqı borcu müəyyən hissələrə bölünə bilər”, – deyə Elçin Abışov qeyd edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tələbələr akademik borcları onlayn ödəyə biləcəklər”

Tövsiyə xəbərlər