TÖVSİYƏ XƏBƏRLƏR

Ötən ay 48 nəfərə fəlsəfə doktoru, 5 nəfərə elmlər doktoru dərəcəsi verilib

Ötən ay 48 nəfərə fəlsəfə doktoru, 5 nəfərə elmlər doktoru dərəcəsi verilib. Bu barədə 6 aprel tarixində Report Ali Attestasiya Komissiyasına istinadən məlumat verib.

Məlumata əsasən, sözügedən dövr ərzində həmin müddətdə 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Qeyd olunub ki, mart ayında 26 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib, 1 nəfərə isə elmi ad verilməsindən imtina edilib.

Həmçinin, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.

Bildirilib ki, mart ayı üzrə 82 dissertasiya müdafiə edilib.