TÖVSİYƏ XƏBƏRLƏR

Ötən ay xaricdə təhsil alan 27 nəfərin diplomu tanınmayıb

Mart ayında 98 müraciətçinin 71-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 27 nəfərin isə diplomu tanınmayıb. Bu barədə 5 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat verib.

Məlumatda bildirilib ki, müraciətlərdən 17-si tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbindən, 4-ü tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən, 3-ü təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbindən, 3-ü isə digər səbəblərdən mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 31, Ukraynadan 30, Türkiyədən 18, Gürcüstandan 7, Latviyadan 3, digər ölkələrdən isə 9 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslar hüquqşünaslıq, iqtisadiyyat, menecment, tibb, maliyyə və kredit üzrə qeydə alınıb.