TÖVSİYƏ XƏBƏRLƏR

Ötən gün 11 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Yanvarın 21-də Azərbaycanda 11 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb. Bu haqda DİN məlumat paylaşıb.

Həmin şəxslər COVID-19-a yoluxaraq ev şəraitində müalicədə olmalarına baxmayaraq, yaşadığı ünvanları tərk ediblər. Onlar tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarılıb.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.