TÖVSİYƏ XƏBƏRLƏR

Ötən il 165 yetkinlik yaşına çatmamış qadın nikaha daxil olub

Ötən il ölkəmizdə 18 yaşadәk olan 165 qadın nikaha daxil olub. Onlardan 18-i 30-34 yaşlı kişilərlə nikah bağlayıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən 2020-ci il üzrə dərc olunan hesabatda əks olunub.

Statistikaya əsasən, 2020-ci ildə 60 yaşlı bir qadının 30 yaşlı kişi ilə, 60 yaşlı bir kişinin isə 25 yaşlı xanımla nikahı rəsmiləşdirilib.

Ötən il nikaha daxil olan qadınların orta yaşı 25,2, kişilərin orta yaşı isə 30 olub. Bu göstərici son 30 ilin rekord göstəricisidir. Müqayisə üçün ən aşağı orta yaş göstəriciləri qadınlar arasında 1993-cü ildə 22,8 yaş, kişilər arasında isə 1992-ci ildə 26,7 yaş olub.

Azərbaycanda 2020-ci ildә 35 348 nikah bağlanıb.