TÖVSİYƏ XƏBƏRLƏR

Ötən il 4 mindən çox fermerə güzəştli kredit verilib

Ötən ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4 175 fermerə 65,6 milyon manat məbləğində güzəştli kredit verilib. Bu barədə 13 yanvar tarixində Agentlikdən məlumat verilib.

Məlumata əsasən, ayrılmış kreditlərin 39,5 milyon manatı texnika və avadanlıqların alınmasına sərf olunub, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı mikrokreditlərdir.

Həmçinin 194 fermerə 6 279 baş damazlıq heyvan alışına 260 min manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.