2021-ci ildə həssas əhali qruplarından olan şəxslər üçün nəzərdə tutulan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 337 nəfərə sosial xidmət göstərilib. Bu barədə yanvarın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Hazırda müəssisədə 113 nəfər şəxsə sosial xidmət göstərilir. Onlardan 59-u kişi, 54-ü qadındır.
Burada müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, görmə qabiliyyəti məhdudluğu olan şəxslər və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbələri fəaliyyət göstərir.