İtə rəhmsiz rəftar göstərən şəxs cəzalandırılıb

İti suya ataraq onunla qəddar davranan şəxs müəyyən edilib. Yevlax rayon sakini İlkin Səfərov inzibati məsuliyyətə cəlb olunub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sentyabrın 16-da məlumat verilib.

İtə rəhmsiz rəftar göstərərək su kanalına atan İlkin Səfərovun görüntüləri sentyabrın 12-də sosial şəbəkələrdə paylaşılmışdı.

İnzibati Xətalar Məcəlləsinin “Heyvanlara rəhmsiz rəftar edilməsi” maddəsinə əsasən, heyvanların şikəst və tələf edilməsinə görə 500 manat məbləğində cərimə tətbiq olunur.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İtə rəhmsiz rəftar göstərən şəxs cəzalandırılıb”

Tövsiyə xəbərlər