TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyə Azərbaycana aqrar dronlar bağışlayıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Ankara Universitetinin Kənd Təsərrüfatı Fakültəsi və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzi birlikdə yeni layihəyə start verib. Bu barədə 27 dekabr tarixində Report məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində Azərbaycandan olan 3 mütəxəssis dronların kənd təsərrüfatında istifadəsi barədə məlumatlandırılıb. Onlara nəzəri və tətbiqi təlim kursları və təcrübə mübadiləsi proqramları təşkil olunub.

Layihə çərçivəsində Azərbaycana 1 multispektral dron, 1 pestisid səpən dron, xəritəçəkmə və analiz proqram təminatı bağışlanıb.