Türkiyədəki yanğınların söndürülməsində iştirak edən FHN əməkdaşları mükafatlandırılacaq

Avqustun 23-də prezident FHN-in Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, yanğınlarda iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə bir milyon manat vəsait ayrılır.

Yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə avtomobili, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter cəlb edilmişdi. 16 avqust tarixində onlar vətənə geri dönmüşdürlər.

Türkiyədə meşə yanğınları 28 iyul 2021-ci il tarixində ilk olaraq Antalyada başlamışdı. 239 meşə yanğınında 9 nəfər həyatını itirmiş, yüzminlələ hektar meşə və yaşayış yeri külə dönmüş və minlərcə heyvan tələf olmuşdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Türkiyədəki yanğınların söndürülməsində iştirak edən FHN əməkdaşları mükafatlandırılacaq”

Tövsiyə xəbərlər