TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyənin Müdafiə naziri: Azərbaycana qarşı təhdidləri Türkiyəyə qarşı təhdid sayırıq

“Türkiyə ilə Azərbaycanın uğurlu birgə təlimləri düşmənləri qorxuya salır. Azərbaycana qarşı təhdidləri Türkiyəyə qarşı təhdid sayırıq”. Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar sentyabrın 15-də Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin açılışında bildirib.

Açılışda Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. “Azərbaycan ordusu işğal altında olan torpaqların azad edilməsi zamanı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə qazanıb”, – deyə Zakir Həsənov vurğulayıb.

Hulusi Akar qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri Qarabağda Rusiya hərbçiləri ilə birlikdə xidmət göstərir, atəşkəsi müşahidə edir və minaların təmizlənməsi istiqamətində yardım edir.

Həmçinin sentyabrın 6-da Azərbaycanla Türkiyə Laçın rayonunda birgə taktiki təlim keçiriblər.