TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyənin milli müdafiə naziri Azərbaycan hərbçilərinə təşəkkür edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar avqustun 28-də Azərbaycan hərbçilərinə təşəkkür edib:

“Kabildə bizimlə əməkdaşlıq edən Azərbaycan hərbçilərinə, dövlət qurumlarına verdikləri dəstəyə görə təşəkkür edirəm”.

Azərbaycan sülhməramlıları avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb Ankara şəhərinə daşınmışdır. Növbəti gün hərbçilər Vətənə qayıdıb.