Sentyabrın 14-də Tərtər rayon Hüsənli kəndində polis tərəfindən “Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində kənd sakininin evindən 1 kiloqram 500 qram olan 7 ədəd çətənə bitkisi və 1 ədəd qoşa lüləli tüfəng aşkar edilib. Bu haqda DİN məlumat verib.
Tərtər rayon Şıxarx kənd ərazisində isə polis su kanalından 1 ədəd Kalaşnikov markalı avtomat və 1000 ədəd patron aşkarlayıb.
Faktlarla bağlı araşdırmalar davam edir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.