Tərtər-Suqovuşan yoluna Naftalandan da giriş olacaq

Tərtər-Suqovuşan avtomobil yoluna Naftalan şəhərindən daxil olmaq üçün yeni yol çəkilməyə başlayıb. Bunu sentyabrın 8-də Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi deyib.

O bildirib ki, həmin yol Tərtər-Suqovuşan yolunun ikinci mərhələsi adlandırılır. Yolun 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı hissəsi artıq tikilir. Yol gələn il vətəndaşların istifadəsinə veriləcək. Yol Naftalan şəhərinə birləşdiriləcək. Tərtər-Suqovuşan-Talış yoluna həm də Naftalan şəhərindən gəlmək mümkün olacaq.

Çaylı-Suqovuşan-Talış avtomobil yolu 70-ci illərdə tikilib, 30 il ərzində işğal altında qalmış yol tamamilə sıradan çıxıb. 28 km olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra, 2 ay ərzindəyenidən qurularaq istismara verilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tərtər-Suqovuşan yoluna Naftalandan da giriş olacaq”

Tövsiyə xəbərlər