Tərtərdə avtomobil yolunun tikintisi başa çatıb

Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi başa çatıb. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sentyabrın 7-də məlumat yayıb.

Uzunluğu 11 kilometr olan avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Bundan öncə sözügedən kəndlərdə yaşayan vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara çıxışında çətinliklər yaşayırdılar.

Yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tərtərdə avtomobil yolunun tikintisi başa çatıb”

Tövsiyə xəbərlər