TÖVSİYƏ XƏBƏRLƏR

Türyançay Dövlət qoruğunda 100-dək ağac kəsilib

Türyançay Dövlət qoruğunun Oğuz rayonu, Çaldaş kəndində yerləşən meşəlik massivində saqqız ağacları, nadir şam nümunələri daxil olmaqla 100-dək ağac kəsilib. Bu haqda fevralın 7-də Report məlumat verib.

Məlumata əsasən, sakinlər təbiətə vurulan ziyanın qarşısının alınmasını tələb edirlər.

Böyük Söyüdlü bələdiyyəsi qeyd edib ki, ağacların kəsildiyi ərazinin kəndə aidiyyəti yoxdur: “Bura Türyançay Dövlət Qoruğunun meşə ərazisidir”.

“Sözügedən ərazi qoruğa daxil deyil”, – deyə Türyançay Dövlət Təbiət Qoruğundan bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırmalar başlanılıb.