Xəzər dənizinin Pirallahı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Qanunsuz ov edən şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri, 685 ədəd müxtəlif növ balıq, 350 metr uzunluğunda sintetik tor götürülüb və təbiətə 7 601 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Faktla bağlı akt tərtib olunub”, – məlumatda qeyd olunub.