Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

TƏBİB 13 yaşlı ana və körpənin səhhəti ilə bağlı açıqlama verib

TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı açıqlama verib. Bu haqda qurumdan APA-ya bildirilib.

Doğuş sentyabrın 6-da saat 13:30 radələrində Sabunçu rayonunda ev şəraitində həyata keçirilib. Ana və oğlan uşağı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunublar.

Hazırda onların vəziyyəti stabildir. Körpənin çəkisi 3 600 qramdır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx