TÖVSİYƏ XƏBƏRLƏR

TƏBİB: Bərdədə 3 nəfərdə qarayara xəstəliyi aşkar edilib

TƏBİB Bərdədə sakinlər arasında yayılan xəstəlik barəsində məlumat paylaşıb. Bu haqda sentyabrın 9-da Report xəbər verib.

Belə ki, Piyadalar kəndi ərazisində monitorinq aparılıb. Yoxlama zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.

Həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. 6 nəfərdən 3-nün nəticəsi müsbət olub. Hazırda onların vəziyyəti stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub.

Törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx