Bəstəkar-müğənni Rəhimli Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. Bu barədə 30 sentyabr tarixində Report TƏBİB-in nümayəndəsinə istinadən məlumat verib.
Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub: “Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib”.
“İfaçının yanaşı ağır xəstəlikləri – qaraciyər sirrozu və kardiomiopatiyası da olub”, – nümayəndə əlavə edib.