TƏBİB Şirvanda əməliyyatdan sonra ölən qadınla bağlı açıqlama verib. Bu barədə sentyabrın 6-da qurumdan APA-ya bildirilib.
21 yaşlı qadın sentyabrın 5-i, saat 10:00 radələrində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub. Əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub.
Daha sonra isə onun səhhəti qəfil pisləşib və qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.