Yeni Klinikada bir aydan sonra bütün vətəndaşlara tibbi xidmətlər göstəriləcək. Bu barədə 21 sentyabr tarixində Report Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun sözlərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, Yeni Klinika artıq təkcə koronavirus xəstələrinin müalicəsinə deyil, digər sahələr üzrə də xidmət göstərəcək: “Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir”.
Vüqar Qurbanov bildirib ki, adıçəkilən klinikada çoxlu sayda əməliyyatxana və palatalar var.
“Azərbaycanda mövcud olmayan və bu günədək həyata keçirilməyən bir sıra əməliyyatlar bu xəstəxanada icra olunacaq”, – deyə icraçı direktor əlavə edib.