Zaqatalada təbii fəlakətin ziyan vurduğu evlərin sahiblərinə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti materialı paylanılıb. Bu barədə Report 13 sentyabr tarixində xəbər verib.
Zaqatala Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov bildirib ki, güclü külək və dolu nəticəsində uçmuş dam örtüklərinin yenilənməsinə lazım olan vəsait tərtib olunub və akt əsasında sakinlərə paylanılır:
“200-ə yaxın vətəndaşın evinə və əmlakına ciddi ziyan dəyib. Fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonumuza 295 kubmetr taxta materialı, 25 109 kvadratmetr dəmir dam örtüyü göndərilib”.