Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb. Bu barədə noyabrın 17-də Report xəbər verib.
68 kiloqram çəki dərəcəsində çıxış edən Cavad Ağayev ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gəlib. Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini kənarlaşdırıb.
Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olub.
Yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gələn Cavad Ağayev ilk raundda qələbə qazansa da, sonrakı iki raundda məğlub olaraq bürünc medalla kifayətlənməli olub.