TÖVSİYƏ XƏBƏRLƏR

Take Off Baku adlı beynəlxalq startap sammiti təşkil olunacaq

Bu ilin 26-28 mayında “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” adlı beynəlxalq startap sammiti təşkil olunacaq. Bu barədə 1 mart tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, sammitin əsas məqsədi regionda effektiv sahibkarlıq mühiti yaratmaq və yerli startapların inkişafını dəstəkləməkdir. Təşkil olunacaq sammitdə investorlar və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri dəyərləndirəcək.

Onlayn qeydiyyatdan keçən startaplar “5 matrix” prinsipinə əsasən təsnifatlaşdırılaraq tədbirdə iştirak etmək hüququ qazanmış olacaqlar. Sammitin şərtlərinə əsasən, burada ən azı 35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda olacaq. Sözügedən tədbirdə startapçılara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

Mükafat Fondu I yer 15.000 dollar, II yer 10.000 dollar, III yer üçün isə 5000 dollar təşkil edir.

Müsabiqədə iştirak etmək istəyənlər martın 31-dək müraciət edə bilərlər.