TÖVSİYƏ XƏBƏRLƏR

Take Off Baku: beynəlxalq startap sammitinə 32 ölkədən 300-ə yaxın startap qeydiyyatdan keçib

Bu ilin 26-28 mayında “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində baş tutacaq “Take Off Baku” adlı beynəlxalq startap sammitinin qeydiyyat prosesi yekunlaşıb. Bu barədə aprelin 4-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Ümumilikdə tədbirdə iştirak etmək üçün 32 ölkədən 287 startap qeydiyyatdan keçib. Onlardan 101-i Azərbaycan təmsilçisi, qalanları isə Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiya qitəsindəndir.

Sammit çərçivəsində münsiflər heyəti 50 startap arasından yarımfinal və final mərhələsinin qaliblərini seçəcəklər. Mükafatlandırma mərasimi 28 may tarixində baş tutacaq.

Mükafat fondu I yer 15 000 dollar, II yer 10 000 dollar, III yer üçün isə 5000 dollar təşkil edir.