Taksi sürücülərinin nəzərinə: polis taksiyə müştəri qismində əyləşə bilər

Polis əməkdaşları vaksin pasportu olmayan taksi sürücülərini aşkara çıxarmaq üçün onlara müştəri qismində yaxınlaşa bilərlər. Bunu oktyabrın 4-də Trend-ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert taksi sürücülərini qoyulan qaydalara riayət etməyə çağırıb: “Hazırda şəffaf arakəsmə, maşında gigiyenik məhsulların olması, maskadan istifadə ilə bağlı tələblərə 100% əməl olunmur”.

Ekspert hesab edir ki, sürücülər cərimələnməməyin yolunu tapıblar. Artıq avtomobilin üzərinə taksi fərqlənmə nişanı qoyulmur, müxtəlif şirkətlərin xidmətlərindən istifadə edərək, onlayn müştəri qəbul edirlər. Bu səbəbdən polis əməkdaşları müştəri qismində taksiyə əyləşərək belə sürücüləri aşkar edə bilərlər. Bu, polisin xidməti fəaliyyətinə aid olan məsələdir.

Qeyd edək ki, oktyabrın 1-dən avtomobildə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Taksi sürücülərinin nəzərinə: polis taksiyə müştəri qismində əyləşə bilər”

Tövsiyə xəbərlər