TÖVSİYƏ XƏBƏRLƏR

Taleh Kazımov: “Bank əmanətlərinin 73%-nin məbləği 30 min manata qədərdir”

“Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 73%-nin məbləği 30 min manata qədərdir”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Bu barədə 13 noyabr tarixində Report məlumat verib.

“Bu sahədə fevral ayından bəri azalma müşahidə edirik”, – deyə o qeyd edib.

“Bizi narahat edən digər bir məqam isə 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payının 81% təşkil etməsidir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv şəkildə biznes kreditləri versinlər”, – deyə sədr əlavə edib.

“Narahatedici məqamlardan biri də valyuta təklifinin tələbi üstələdiyi vaxtda AMB-nin valyuta bazarına alışyönümlü müdaxiləsidir. Müdaxilə baş verirsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın artımının qarşısını almaq üçün AMB-nin sterilizasiya əməliyyatlarının genişlənməsi zəruri ola bilər. Bu isə xərclərimizin artımı deməkdir”, – deyə T.Kazımov vurğulayıb.