TÖVSİYƏ XƏBƏRLƏR

Tamaşaçılar CinemaPlus-dan narazıdır: seans zamanı filmin görüntüsü dayanıb

Ölkənin ən böyük kinoteatrına malik olan Dəniz Mall-da ötən gün, aprelin 21-də insident yaşanıb. İstirahətə gələn tamaşaçılar narazı halda məkanı tərk ediblər.

İnsanoid-in xəbərinə əsasən, CinemaPlus-da saat 18:45-ə olan seans zamanı filmin son 10 dəqiqəsinin görüntüsü dayanıb. İzləyicilər nəzarətçilərə müraciət etsələr də, problem aradan qaldırılmayıb. Filmin görüntüsü yox idi, lakin səs davam edirdi.

Bilet üçün ödənilən pulu geri istədikdə isə mənfi cavab alınıb. Bunun əvəzinə, 20 dəqiqə sonra yaxınlaşan menecer kinonun son hissəsini yenidən izləməyi təklif edib. Tamaşaçıların bir qismi filmin səsi eşidildiyi üçün sonunu artıq bildiklərini söyləyib, zalı tərk ediblər.

Qeyd edək ki, sözügedən seansa biletin qiyməti 8 – 70 manat arasında dəyişir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx