TÖVSİYƏ XƏBƏRLƏR

Tanınmış etnoqraf alim vəfat edib

Tanınmış tədqiqatçı, etnoqraf, AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Emil Kərimov vəfat edib. Bu barədə 27 oktyabr tarixində Tarix İnstitutu xəbər verib.

O, 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Emil Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub, 1948-ci ildə Azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində Xanlar rayonuna köçürülüb. O, 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstititunun aspirantı olub. O, 1963-cü ildən Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işləyib. 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifi olub.

Emil Kərimovun Etnoqrafiya ixtisası üzrə kadr hazırlanması işində xidmətləri böyükdür. Alim 2003-cü ildən 2023-cü ilin mart ayınadək Müasir dövr etnoqrafiyası şöbəsinə rəhbərlik edib.