Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb. Bu barədə 25 fevral tarixində Azxeber.com məlumat verib.
Jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 əməliyyat olunub.
Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyəti pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.
Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.
Qeyd edək ki, S. Səfərəliyeva ANS-nin baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.